Türkiyədə son bir ildə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb
Türkiyədə son bir ildə 2 375 terrorçu zərərsizləşdirilib. Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı bildirib.
O bildirib ki, son 5 gündə 78 terrorçu məhv edilib.
Türkiyə Silahlı qüvvələri İraqın və Suriyanın şimalında antiterror əməliyyatı keçirir.
Xüsusilə son 4 ayda İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı ümumilikdə 1 min 110 hədəf məhv edilib, 820 terrorçu zərərsizləşdirilib.
Bundan əlavə, il ərzində 122 terrorçu təslim olub.
2023-cü ilin Yanvarın 1-dən bu günədək 199 min 898 nəfərin Türkiyə sərhədlərindən qanunsuz şəkildə keçməsinin qarşısı alınıb. 13 min 156 qeyri-qanuni mühacir və 410-u FETÖ-çü olmaqla 590 terrorçu hüquq-mühafizə orqanlarına təhvil verilib.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox