Bakıda binanın lifti qırılıb, dörd nəfər xəsarət alıb - YENİLƏNİB
Bu gün saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Təbib - dən bildirilib.
Dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.
Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.
20:46
Bakıda yaşayış binasında lift qırılıb.
APA-nın məlumata əsasən hadisə Xətai rayonu Gəncə prospektində qeydə alınıb.
www.anews.az