• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Sanksiya tətbiq olunarsa Fransa və Azərbaycan nə itirə bilər?

Sanksiya tətbiq olunarsa Fransa və Azərbaycan nə itirə bilər?
24.01.2024 17:55
Milli Məclis Fransaya qarşı sanksiyaların tətbiq edilməsi  ilə bağlı  hökumətə çağırış edib. Bu barədə  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda deyilir. 
 
Bəyanatda  Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulması, Fransa ilə bütün iqtisadi əlaqələrin dayandırılması,"Total" da daxil olmaqla bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması, Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsi, Xarici İşlər Nazirliyinə, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atılması təklif edilib.
 
Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban bildirir ki, hökumətə verilən təklif sadəcə Fransa senatında Azərbaycana qarşı sanksiyalarin tətbiq edilməsi ilə bağlı edilən təklifə cavab idi.
 
"Azərbaycan Milli Məclisinin çıxardığı bu qərar tövsiyə xarakterlidir. Adekvat iki ölkə arasında yaranan gərginlikdə nələrin olacağını bildiriblər. Əgər bundan sonraki dövrdə gərginlik artacaqsa o zaman Fransa şirkətinin də ölkələr arasında münasibəti bu addımlara görə, fors-major kimi qəbul olunacaq. İqtisadi layihələrdə ölkələr arasında bir qədər başqa abu-hava var. Şirkətin "Abşeron" layihəsindəki 35 faizlik payında indiki bazar qiymətinə uyğun SOCAR və yaxud üçüncü bir şirkət alacaq. "Abşeron" baxmayaraq ki, Azərbaycanın ikinci yatağıdır onun texnoloji baxımdan imkanları varmı? Bu sahədə də  payın kimə satılması, payın alınıb sonra satılması, bölüşdürülməsi texnoloji baxımdan dövlət neft şirkəti tərəfindən həll edəcək. Bunu dmatik məsələ  hesab etmirəm,"Total" getsə belə  "Abşeron" qalacaq.  Kifayət qədər özünü təsdiqləmiş, istər texnoloji istərsə də idarəçilik baxımından enerji şirkətləri var. İtirən birmənalı "Total" olacaq. Çünki  şirkət burada öz payını satır. O adekvat bir valyuta qazanır onu digər yerlərdə investisiya etsə belə, özünün açdığı, işlədiyi və biologiyasini bildiyi bir yataq idi. Bundan sonra onun hasilat  həcmlərini  5 milyarda kimi artır maq imkanı var.  Belə bir aktivi itirib yenidən müəyyən risk dərəcələri daha yüksək olan layihələrə yatırım etmək şirkət üçün sərfəli deyil",- ekspert əlavə edib.
 
Ekspertin sözlərinə görə,  "Abşeron" layihəsi digər layihələrdən fərqlənir. 2009-cu ildən 2024-cu ilə qədər bir dəfə də olsun nə Azərbaycan hökuməti, nə də "Total”  qoyulan investisiyalarınının və kapital xərclərinin həcmini açıqlamayıb. Odur ki, sanksiya halında hansı  cərimələrin tətbiq ediləcəyini demək çətindir. 
 
Neft-qaz məsələləri üzrə ekspert Kəmalə Mustafayeva bildirir ki, bu barədə şərh vermək olmaz. Orda qeyd olunmalıdır ki, nə qədər neft və qaz hasil edilməlidir və s. Müqavilədə göstərilməlidir. kontraktın əsasında müəyyən oluna bilər. Öhdəliyə də baxmalıdır ki, kim hansı öhdəliyi üzərinə götürüb.
 
Siyasi şərhçi Azər Qasımlı bildirir ki, Azərbaycanın Fransaya sanksiya tətbiq etməsində Fransa heç nə itirmir, əksinə Aazərbaycan itirəcək.
 
"Fransa kimi böyük bir dövlət Azərbaycana qarşı beynəlxalq arenada əməli fəaliyyətə başlasa, bizim üçün ciddi təsiri olacaq. Çünki Fransa həm Birləşmiş Millətlər Təşkilatının (BMT) təhlükəsizlik şurasının daimi üzvüdür, həm də Avropanın əsas ölkələrindən biridir. Avropa şurasında Fransanın ciddi mövqeyi var. Və dünya iqtisadiyyatında da Fransa inkişaf etmiş ölkədir.  Bu baxımdan da Azərbaycan itirəcək. İqtisadi nöqteyi-nəzərdən Azərbaycan Fransa üçün elə də qlobal dövlət sayılmır. Azərbaycanın neft və qazdan başqa dünya bazarına çıxarmağa heç nəyi yoxdur. Bu da Fransa üçün elə də qlobal hal deyil",- şərhçi əlavə edib.
 
Yanvarın 17-də Fransa Senatı Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edib, həmçinin ötən ilin sentyabrında Qarabağda keçirdiyi hərbi əməliyyatla əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb.

Bundan əvvəl Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib ki, Fransa Azərbaycan və Ermənistan arasındakı sülh istimqamətində olan prosesləri münasibəti ilə kölgə salır. 
 
Dekabrın 26-da Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, səfirliyin iki əməkdaşı "persona-non-grata” elan edilib. Bundan sonra Fransa Azərbaycanın Fransadakı səfirini çağıraraq verilən qərarı rədd etməklə Azərbaycan səfirliyinin 2 əməkdaşını non qrata elan edib. 
 
Bir gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov mətbuat üçün keçirdiyi konfrasda Fransa Azərbaycan münasibətlərinə cavab olaraq bildirib ki, Fransa Azərbaycanla bağlı dəyişik mövqe sərgilədiyi təqdirdə Azərbaycanın Fransa ilə münasibətləri barəsində proqnoz vermək olar.
 
Dekabrın 26-da Milli Məclisin plenar iclasında bir neçə deputat Fransada Natavanın heykəlinin sökülməsinə qarşı çıxaraq bunu Azərbaycan mədəniyyətinə qarşı hörmətsizlik adlandırıb. 

Deputat Tahir Kərimli təklif edib ki, Fransa rəsmi qaydada qeyri-dost ölkə elan edilsin. 

Aytac Zeynalova




 
 

 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol