• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Marshall Fondunun məsləhətçisinin bank hesablarına həbs qoyulub

Marshall Fondunun məsləhətçisinin bank hesablarına həbs qoyulub
19.01.2024 14:45
Kanal-13-ün rəhbəri Əziz Orucovun işi üzrə istintaqla bağlı çıxarılan məhkəmə qərarı əsasında Amerikanın German Marshall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin şəxsi bank hesablarına həbs qoyulub. Bu barədə Rəhimli özü məlumat verib. 

"2018-ci ildən Marshall Fondu Azərbaycanda media proqramları icra etməyib. Lakin belə proqramlar olsaydı belə, bunun şəxsi hesablara nə aidiyyatı ola bilər?",  -  Rəhimli qeyd edib.

O həmçinin bildirib ki, , hesabına həbs qoyulması haqqında rəsmi qərarın təqdim edilməsi üçün Səbail Rayon Məhkəməsinə müraciət edib və rədd cavabı alıb. 

"Bankdan yalnız hesablara Səbail Rayon Polis idarəsinin təqdimatı əsasında həbs qoyulduğu haqqında çıxarış verilib. Çıxarışda bu qərarın hansı əsaslarla qəbul edildiyi göstərilməyib",  -  Rəhimli bildirib. .

Rəhimli  məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır.  

Hazırda Marshall Fondu Azərbaycanda qadınların iqtisadi hüquqlarının, vətəndaşların, o cümlədən veteranların sosial hüquqlarının, jurnalistlərin hüquqlarının müdafiəsi sahəsində layihələr həyata keçirir. 

ABŞ-ın German Marshall Fondu (GMF) 1972-ci ildə təsis edilib, ABŞ və Avropa arasında əməkdaşlıq məsələləri ilə məşğul olan analitika mərkəzidir. Qərargah mənzili Vaşinqtonda yerləşir.
 
N.Təbrizli


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol