• $
  • £

İran və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub

İran və Pakistan XİN rəhbərlərinin telefon danışığı olub
19.01.2024 20:11
İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahian ilə pakistanlı həmkarı Cəlil Abbas Cilani Arasında telefon danışığı olub.

Bu barədə İRNA məlumat yayıb.

Söhbət zamanı Əmir-Abdullahian Pakistanın suverenliyi və ərazi bütövlüyünün İran üçün vacibliyini, həmçinin Pakistan ərazisində terror düşərgələrinin zərərsizləşdirilməsi üçün iki ölkənin əməkdaşlığının zəruriliyini vurğulayıb.

İran xarici işlər nazirinin sözlərinə görə, Pakistan ərazisinə raket zərbələrinin endirilməsi İrana qarşı terror təhlükəsini neytrallaşdırmaq məqsədi daşıyıb. O, 50-dən çox terrorçunun İrana qarşı terror aktı törətməyə hazırlaşdığını və "vaxtında görülən tədbirlər” sayəsində bunun baş tutmadığını bildirib.

Məlumata görə, Pakistanın XİN başçısı da öz növbəsində terrorçuluqla mübarizədə ümumi yanaşmanın iki ölkə arasındakı əməkdaşlığın əsasını təşkil etdiyini deyib. O, Pakistanın həmişə İranla qardaşlıq və konstruktiv əlaqələrə önəm verdiyini vurğulayıb.
"Biz uzunmüddətli qonşularıq və müsəlmanıq. Terror bizim ümumi düşmənimizdir. Biz terrorçuların və Tehran-İslamabad münasibətlərinin düşmənlərinin bundan sui-istifadə etməsinə imkan verməməliyik”, – Pakistan XİN başçısı deyib.

Məlumatda qeyd olunub ki, Cəlil Abbas Cilani Əmir-Abdullahianı İslamabada səfərə dəvət edib.

Pakistan XİN-in məlumatında isə bildirilib ki, Cilani Paakistanın İranla bütün məsələlərdə qarşılıqlı inam və əməkdaşlıq ruhunda işləməyə hazır olduğunu ifadə edib.

"O, təhlükəsizlik məsələlərində daha yaxın əməkdaşlığa ehtiyacı vurğulayıb”, – məlumatda vurğulanıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol