• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

YAP Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib

YAP Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib
20.01.2024 15:29
Yanvarın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib.

İclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər.
Fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar yanvarın 15-də seçkiqabağı təşviqat mərhələsinə start verildiyi diqqətə çatdırılıb. Seçkilərə "Qalib xalqın Qalib Lideri!” şüarı ilə gedən YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyasının uğurla və mütəşəkkil qaydada davam etdirildiyi vurğulanıb.

Kampaniya çərçivəsində respublikanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə seçki qanunvericiliyinə uyğun olaraq silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri çoxsaylı tədbirlərlə yanaşı, seçicilərlə, xüsusilə də şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər keçirirlər.

İclasda seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti də müzakirə olunub, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilib. Eyni zamanda qarşıda duran əsas hərəkət və tədbirlərin müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol