Azərbaycana xaricdən pul köçürmələri azalıb
2023-cü ildə Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 616.4 milyon manata bərabər olub, 2022-ci ilin eyni dövründə banklardan xaricə köçürmələr isə 38.6% və ya 388 milyon manat azalıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
2022-ci ilə nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 57,4 faiz (2.3 dəfə) və ya 3 milyard 330.6 milyon manat azalıb.
Ötən il Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 2 milyard 468 milyon manat vəsait daxil olub. Bu da əvvəlki illə müqayisədə banklara daxil olan vəsaitin həcmi 57,4 faiz (2.3 dəfə) və ya 3 milyard 330.6 milyon manat azdır.
2022-ci ildə Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 5 milyard 798.6 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 1 milyard 4.4 milyon manat təşkil edib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox