Azərbaycanda banklar 2023-cü ildə aktivlərini 4,5% artırıb

31 dekabr 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin cəmi aktivləri 49 milyard 178,19 milyon manat təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat verib.
31 dekabr 2022-ci il tarixinə Azərbaycanda bankların aktivləri 47 milyard 54,9 milyon manat təşkil edib. Beləliklə, 2023-cü ildə bank aktivləri 4,5% artıb.
Bununla yanaşı, dekabrda bankların cəmi aktivləri 3 milyard 5,7 milyon manat (noyabrda artım 25,9 milyon manat) artıb.
Bankların Mərkəzi Bankdakı müxbir hesablarındakı vəsaitlərinin həcmi ötən il 1% artaraq 6 milyard 390,29 milyon manat olub.
Bankların kredit portfeli dekabrın sonuna 23 milyard 182,95 milyon manat (2022-ci ilin sonu ilə müqayisədə 18,3% artım) təşkil edib.
Azərbaycanda bankların ümumi kapitallaşması 6 milyard 63,35 milyon manatdır (artım 7,8%).
Bankların öhdəlikləri 43 milyard 114,8 milyon manata (artım 4,1%) bərabər olub. O cümlədən, bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 47,1 milyon manat (azalma 4,6 dəfə) səviyyəsində qiymətləndirilir. Banklardakı depozit portfeli 34 milyard 550,08 milyon manat (artım 2,3 faiz), o cümlədən əhalinin əmanətləri 12 milyard 582,16 milyon manat (artım 9,6 faiz) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ildə bankların cəmi xalis mənfəəti 1 milyard 76,4 milyon manat təşkil edib (2022-ci illə müqayisədə 17,7% artım).
Hesabat dövründə bankların faiz gəlirləri 3 milyard 492,89 milyon manat (artım 27,5 faiz), o cümlədən verilmiş kreditlər üzrə 2 milyard 573,76 milyon manat (artım 17,3 faiz) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 1 milyard 368,2 milyon manat (artım 12,5%) olub.
Bankların faiz xərcləri 839,36 milyon manat (artım 27,6%), o cümlədən depozitlər üzrə 595,96 milyon manat (artım 29,8%) təşkil edib.
Bankların qeyri-faiz xərcləri 2 milyard 335,69 milyon manata (artım 23,9%) bərabər olub.
Azərbaycanın bank sektorunun əməliyyat mənfəəti 2023-cü ilin sonuna 1 milyard 641,2 milyon manat (artım 19,7%) təşkil edib.
Bütövlükdə, hesabat dövründə bankların vergidən əvvəlki məcmu mənfəəti 1 milyard 384,59 milyon manat (artım 17,7%), mənfəət vergisi ödənişləri 308,17 milyon manat (artım 17,8%) səviyyəsində qiymətləndirilir.
31 dekabr 2023-cü il tarixinə Azərbaycanda 23 bank, o cümlədən 9 xarici kapitallı bank (2022-ci ilin sonuna - 10 bank) fəaliyyət göstərmək üçün lisenziyaya malikdir.
Ümumilikdə bankların 475 filial şəbəkəsi (2022-ci ilin sonu ilə müqayisədə 2,5% azalma) və 96 filialı (2022-ci ilin sonunda 91) var. Filialların sayının azalması oktyabr ayında "Muğanbank” ASC-nin fəaliyyəti üçün lisenziyanın ləğvi ilə əlaqədardır.
Azərbaycanın bank sektorunda 23 569 nəfər çalışıb (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 3,5% artım). Bununla yanaşı, dekabrda bank sektorunda çalışan işçilərin sayı noyabr ayı ilə müqayisədə 215 nəfər artıb (noyabrda oktyabr ayı ilə müqayisədə 62 nəfər artıb).
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 