Batumidə anonim terrora çağırış zəngləri olub
Son günlər Qara dənizin Batumi şəhərinin müxtəlif yerlərində bomba qoyulması ilə bağlı Gürcüstanda terrorçuların anonim telefon zəngləri edilir. Zənglər xaricdən edilib. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
Aşkar edilən nömrənin başqa dövlətin kodu ilə olduğu, Gürcüstanın azyaşlı vətəndaşına məxsus olduğu qeyd edilir.
Zənglərlə əlaqədar Gürcüstan xüsusi xidmət orqanlarının və Daxili İşlər Nazirliyinin antiterror bölmələri Batumidə bir sıra iri ticarət mərkəzlərində və təhsil ocaqlarında xüsusi əməliyyatlar keçirərək, yerləşdirilən bombalar barədə məlumatın yalan olduğunu müəyyən ediblər.
Zənglərə görə Batumi-İstanbul reysi hətta 2 saat gecikib. Həmin yalançı telefon zəngləri ilə bağlı terrorla bağlı yalan məlumat vermə xüsusiyyətləri ilə cinayət işi başlanıb.

Saxta zənglərin müəllifinin və ya müəlliflərinin müəyyən edilməsinə köməklik göstərilməsi üçün tərəfdaş ölkələrin müvafiq qurumlarına müvafiq sorğular göndərilib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox