• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Sabah Ermənistan Aİ-nin müşahidə missiyasının statusu məsələsini müzakirə edəcək

Sabah Ermənistan  Aİ-nin müşahidə missiyasının statusu məsələsini müzakirə edəcək
24.01.2024 13:41
Yanvarın 25-də Ermənistan Avropa İttifaqının müşahidə missiyasının statusu haqqında sazişin ratifikasiyası məsələsini müzakirə edəcək. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
Bildirilib ki, sabah ölkənin xarici işlər naziri Ararat Mirzoyan bu məsələ ilə bağlı hökumətin sabahkı iclasında çıxış edəcək.


Bundan əvvəl  Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrel Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib ki, Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasındakı sərhəddə mülki missiyanın sayını 138-dən 209 çatdırmağı planlaşdırır.
 
 
2023-cü ilin yanvarında Avropa İttifaqı Şurası Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində Ermənistanda Avropa İttifaqının mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib. Missiyanın müddəti iki ildir. Avropa İttifaqının (Aİ) məlumatında deyilir ki, missiyanın məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə, regionda etimadın yaranmasına töhfə vermək və Avropa İttifaqı tərəfindən dəstəklənən Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir.
 
2022-ci il oktyabrın 17-də Avropa İttifaqı Şurası regionda vəziyyətin monitorinqi, təhlili və hesabat üçün Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca 40-a yaxın monitorinq üzrə ekspertin göndərilməsi barədə qərar qəbul edib. Monitorinq qrupu bir ay müddətində regionda olub və missiyası başa çatıb.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Prezident Yoxan Eliaşı qəbul edib
Siyasət 12:18
Prezident Yoxan Eliaşı qəbul edib
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Siyasət 12:10
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
Siyasət 21:48
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Siyasət 17:45
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol