• $
  • £

Hindistan soğan ixracına qoyulan qadağanı götürə bilər

Hindistan soğan ixracına qoyulan qadağanı götürə bilər
24.01.2024 15:33
Hindistan hökuməti soğan üçün daxili qiymətlərin sürətlə aşağı düşməsi fonunda bu tərəvəzin ixracına qoyulmuş qadağanın ləğvi imkanlarını fəal şəkildə müzakirə edir. Bu barədə EastFruit saytı yazıb.

Hazırda Hindistanda soğan ixracına qadağa 31 mart 2024-cü il tarixinədək qüvvədədir. Lakin başlanmış soğan yığımı və qiymətlərin aşağı düşmə tendensiyası davam edən bir şəraitdə bir çox bazar iştirakçıları bu qadağanın yaxın gələcəkdə qaldırıla bilər.

Daxili bazarda soğanın qiyməti qadağa tətbiq olunandan bəri artıq yarıdan çox ucuzlaşıb ki, bu da bazara yeni soğan məhsulunun gəlməsini nəzərə alaraq fermer və tacirlərin ciddi narazılığına səbəb olur. Mütəxəssislərin fikrincə, vəziyyət təhdidedici xarakter alır və soğanın qiymətinin aşağı düşməsinə səbəb ola bilər.

Hindistan dünyanın ən böyük soğan ixracatçısıdır. Hər il bu ölkə 1,5-2,2 milyon ton təzə soğan ixrac edir. Lakin Hindistan əsasən qırmızı soğan sortları ixrac etdiyi üçün Avropa və Orta Asiyadan gələn soğanlarla birbaşa rəqabət aparmır.

Hindistandan soğanın əsas alıcıları Banqladeş, Malayziya, Şri-Lanka, Nepal və İndoneziya kimi Asiya ölkələri, həmçinin Yaxın Şərq ölkələri: BƏƏ, Qətər, Oman və Küveytdir.

Hindistandan soğan ixracına qoyulan məhdudiyyətlər və ardınca qoyulan qadağa bu ölkədən iri soğan alıcılarının bazarlarında bu məhsulun qiymətinin xeyli artmasına səbəb olub. 
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol