Xankəndi şəhərində ilk mobil operator mağazası fəaliyyətə başladı
Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən Bakcell Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu. 24 yanvar tarixindən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən Bakcell mağazası müştərilərə yüksək sürətli və innovativ rabitə xidmətlərini təqdim edir.
Xankəndi şəhərində yeni mağazanın fəaliyyətə başlamasının şirkət üçün çox önəmli nailiyyət olduğunu vurğulayan Bakcell şirkətinin Baş icraçı direktoru Klaus Müller bildirib: "Əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzur bölgələrini qısa müddət ərzində ölkənin ən sürətli şəbəkəsinə qoşmaqla Bakcell şirkətinin innovativ məhsullarını bütün abunəçilərə təqdim etməkdir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox