• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Moldovanın daxili işlər naziri Azərbaycana gəlir- Gözləntilər

Moldovanın daxili işlər naziri Azərbaycana gəlir- Gözləntilər
25.01.2024 14:16
Moldovanın daxili işlər naziri Adrian Efrosun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-dan 31-dək Azərbaycana səfərə gələcək. Bu barədə Report məlumat yayıb.

Siyasi şərhçi Tural İsmayılov bildirir ki, Moldova daxili işlər nazirinin səfəri təkcə diplomatik məsələlər deyil, eyni zamanda iqtisadi məsələlər və əməkdaşlıq perspektivləri müzakirə oluna bilər.
 
Onun Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirəcəyi bildirilib.

"Azərbaycan və Moldova arasında çox yaxşı əməkdaşlıq perspektivləri mövcuddur. Azərbaycan və Moldova Gürcüstan, Ukraynanın üzv olduğu regional təşkilatda (GUAM) təşkilatında təmsil olunurlar. Azərbaycan torpaqlarının 30 il işğalında Moldova, Azərbaycan və Ermənistan arasında get-gəl etməyib. Konkret olaraq, həmişə beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünün pozulmasını tənqid edib və Azərbaycanın diplomatik mənada beynəlxalq platformalarda bu məsələlərdə yanında yer alıb. Digər tərəfdən bu gün Azərbaycan geopolitik baxımdan çox vacib mövqeylərə malikdir. Ölkəmizin Cənubi Qafqazın əsas güc faktoru olmağı, eyni zamanda Avropa və Asiya arasında vacib mərkəzdə yerləşməyi Moldova üçün əlavə imkanlar yaradır. Hazırda Moldova da Azərbaycan kimi ərazi problemindən əziyyət çəkir.  İmkan verilmir ki, ərazi bütövlüyü tam olaraq təmin edilsin. Moldova Azərbaycan münasibətləri inkişafı baxımından, Azərbaycan iqtisadi baxımından lazımi ölkədir. Moldova Avropada iqtisadi göstəriciləri ən aşağı ölkələrdən biri hesab edilir və bu baxımdan hesab edirəm ki, Moldova darici işlər nazirinin diplomatik səfəri təkcə diplomatik məsələlər deyil, həm də iqtisadi məsələlərdə müəyyən razılaşmalar əldə oluna bilər",- siyasi şərhçi əlavə edib.
 
Moldova və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin mayın 18-də qurulub.
 
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Moldova parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İşçi qrupu 7 mart 1997-ci il tarixində yaradılıb və ilk rəhbəri Eldar İbrahimov olub. 2016-cı il 4 mart tarixindən Sabir Hacıyev işçi qrupunun rəhbəridir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 19:30
Azərbaycanla Niderland arasında siyasi məsləhətləşmələr keçirilib
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Siyasət 18:15
Bakıda Azərbaycan-Pakistan biznes forumu keçirilib
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Siyasət 15:44
Lavrov Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Prezident Yoxan Eliaşı qəbul edib
Siyasət 12:18
Prezident Yoxan Eliaşı qəbul edib
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Siyasət 12:10
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
Siyasət 21:48
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol