"Azərpoçt"un gəlir və xərcləri açıqlanıb
2023-cü ildə "Azərpoçt” MMC 72,3 milyon manat gəlir əldə edib ki, bu da əvvəlki illə müqayisədə 10% çoxdur. Bunu "Azərpoçt” MMC-nin İdarə Heyəti sədrinin vəzifələrini icra edən İsi Mustafayev deyib.
"Ötən il "Azərpoçt” MMC-nin xalis mənfəəti 4,6 milyon manat, EBITDA (Earnings Before Interest, Taxes, Depreciation and Amortization (faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəət)) isə 11.5 milyon manat olub”,- Mustafayev yanvarın 25-də 2023-cü ilin yekunlarına həsr olunmuş brifinqdə qeyd edib.
Onun sözlərinə görə, "Azərpoçt” MMC-nin xərcləri əvvəlki illə müqayisədə 10% artaraq 67,5 milyon manat olub.
"Xərc artımının əsas hissəsi əməkhaqqı xərclərinin payına düşür. Belə ki, ötən ilin əvvəlində minimum əməkhaqqının 17% artımı xərclərin artımına səbəb olub”, - qurum rəsmisi vurğulayıb.
Qurum rəsmisi "Azərpoçt”un 2024-cü il üzrə əsas hədəfi yenidən əməkdaşların maddi rifah səviyyəsinin yüksəldilməsi istiqamətində büdcə xərclərində 15%-lik artım nəzərdə tutulduğunu vurğulayıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox