• $
  • £

ABŞ Rusiyaya qarşı yeni sərt sanksiyalar hazırlamaq niyyətindədir

ABŞ Rusiyaya qarşı yeni sərt sanksiyalar hazırlamaq niyyətindədir
25.01.2024 20:27
ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen məlumat verib.

"Biz indi sanksiyalarımızı sərtləşdirməliyik və biz Rusiyanın ixracat xərclərini artıracağıq və onun silah istehsalı üçün əsas komponentlərə çıxışını azaltmağa davam edəcəyik", - o bildirib.

2023-cü ilin oktyabr və noyabrında türk ixracatçıları Rusiya Federasiyasının hərbi məqsədlər üçün istifadə edə biləcəyi ikili təyinatlı malların Rusiyaya tədarükünü azaltmağa başlayıblar . "Forbes”in məlumatına görə, türk tədarükçülər Rusiya Federasiyasına elektronika, çiplər, optik nişangahlar, yarımkeçiricilər, çap sxemləri və rabitə və naviqasiya üçün avadanlıqların tədarükünün sayını azaldıblar. 
 
Nəşr vurğulayır ki, ixracın azalması daha çox Türkiyənin ABŞ və bir sıra digər dövlətlərin, o cümlədən Avropa İttifaqı (Aİ) dövlətləri və Böyük Britaniyanın ikinci dərəcəli sanksiyaları altına düşməsi riski ilə bağlıdır.

Bundan əvvəl Rusiya il ərzində ABŞ dövlət istiqrazlarına investisiyaları 2,5 dəfə azaldıb.
 
Rusiya Ukraynada hərbi əməliyyatlar keçirməyə başlayandan bəri ABŞ və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə başlayıb. İndiyə kimi Rusiyaya qarşı 10 yaxın sərt sanksiyalar paketi qəbul olunub. Sanksiayalara baxmayaraq Rusiya geri çəkilmək barəsində qərar qəbul etməyib. 
 
Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol