Vətəndaşala ötən il vurulan ziyanın nə qədəri ödətdirilib? - Rəsmi
2023-cü ildə prokurorluq orqanları tərəfindən vətəndaşlara ziyan vuran şəxslərə 76,5 milyona yaxın məbləğdə ziyan ödətdirilib. Bunu Baş prokuror Kamran Əliyev bildirib.
Baş prokurorun sözlərinə görə, ötən il prokurorluq orqanları tərəfindən 76 milyon 223 min 179 manat məbləğində ziyanın ödənilməsi təmin edilib.
"Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 7 milyon 491 min 995 manat məbləğində pul vəsaiti ödənilib, 44 milyon 344 min 204 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub",- Kamran Əliyev yanvarın 26-da keçirilən görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclasında bildirib.
Baş prokurur vurğulayıb ki, 2023-cü ildə 44,5 milyona yaxın məbləğdə əmlak üzərinə həbs qoyulub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox