• $ 1.7
  • € 1.7786
  • ₽ 1.958
  • ₺ 0.0466
  • £ 2.1511

Afrikada vəba xəstəliyinin yayılması ilə bağlı məktəblər bağlanıb

Afrikada vəba xəstəliyinin yayılması ilə bağlı məktəblər bağlanıb
26.01.2024 14:24
Afrikanın cənubunda yerləşən Zambiyada vəba xəstəliyinin yayılması ilə bağlı məktəblər bağlanıb. Bu barədə Reliefweb xəbər verib.
 
Məlumata görə,  4,3 milyon şagird məktəbə gedə bilməyəcək.
 
UNİCEF-in məlumatına görə, Zambiyada 2023-cü ilin oktyabrında 500-dən çox insan vəbaya yoluxduğuna görə ölüb, azı 13 min nəfərin vəbaya yoluxması təsdiqlənib. Son 7 gündə gündəlik orta hesabla 400 yeni yoluxma olub. Ən çox yoluxma Lukaşenka əyalətinin payına düşüb. 844 nəfər hazırda müxtəlif vəba müalicə mərkəzlərində müalicə alır, 11,890 nəfər evə buraxılıb.
 
Save The Children Zambiyadakı son sağlamlıq böhranın COVİD-19 pandemiyasından bəri uşaqların rifahı, təhsili və qorunması üçün görünməmiş təhlükə yaratdığını bildirib.

Save the Children Zambiya hökuməti ilə birlikdə su və gigiyena xidmətlərinin göstərilməsi, işlərin idarə edilməsi və vəba müalicə mərkəzlərində səhiyyə işçiləri vasitəsilə vəbanın yayılmasını izləməyə və qarşısını almağa çalışır, həmçinin məktəblərdə Təhsil Nazirliyinə dəstək verir.

1970-ci ildən bəri bir neçə vəba epidemiyası olub, hökumətə görə, hazırkı epidemiya son 20 ilin ən pis epidemiyasıdır.

Xəstəliyin baş verməsi son aylarda Afrikanın cənubunda havaların istiləşməsi və qeyri-adi şiddətli yağışlar və tufanlarla əlaqələndirilir.

Zambiyadakı Uşaqların Xilası Təşkilatının Ölkə Direktoru Jo Musonda     qeyd edib ki, uşaqların məktəbən kənarda qalması onların məktəbə qayıtma ehtimalını bir o qədər də azaldır.
 
"COVID-19 pandemiyasından bilirik ki, uşaqlar nə qədər uzun müddət məktəbdən kənarda qalırlarsa, onların ümumiyyətlə geri qayıtma ehtimalı bir o qədər az olur. Bu, onları uşaq nikahı, məcburi əmək, zorakılıq, sui-istifadə və istismar riski ilə üz-üzə qoyur. Biz səlahiyyətlilərə məktəbləri uşaqlara təhlükəsiz etmək üçün prioritetləşdirməyə ehtiyacımız var ki, onların sinifə qayıtması bir daha təxirə salınmasın. Uşaqların təhsildən geridə qalmamaları üçün uzaqdan təhsilə çıxışı əldə edilməlidir", - direktor əlavə edib.
 
 
Vəba nazik bağırsağın infeksion xəstəliyidir. Xəstəliyə yoluxmuş insanda qusma, ishal, orqanizmin kəskin susuzlaşması, nazik bağırsağın zədələnməsi halları müşahidə edilir. 

Xəstəlik, ümumiyyətlə, nəcis bulaşmış çirkli su ya da bu suyla yuyulmuş qidalar vasitəsilə yayılır. Buna görə kanalizasiya və ya su təmizləmə sistemlərindəki hər hansı bir səhv vəbanın qısa müddətdə geniş əraziyə yayılmasına yol aça bilər. Vəbanı asanlıqla müalicə etmək mümkündür, lakin müalicə edilməzsə, 50% hallarda ölümlə nəticələnə bilər.

 
Aygün 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenski bizə hörmətsizlik etdi - Tramp
Dünya 23:10
Zelenski bizə hörmətsizlik etdi - Tramp
Zelenski Ağ Evi erkən tərk edib - Video
Dünya 22:51
Zelenski Ağ Evi erkən tərk edib - Video
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib
Dünya 21:48
Tbilisi Beynəlxalq Hava Limanında təxliyə elan edilib
Tramp ingilis dilinə dövlət dili statusu verəcək
Dünya 20:01
Tramp ingilis dilinə dövlət dili statusu verəcək
Rusiya ilə ABŞ arasında uçuşlar bərpa oluna bilər
Dünya 16:05
Rusiya ilə ABŞ arasında uçuşlar bərpa oluna bilər
Skyp mayda bağlanacaq
Dünya 15:23
Skyp mayda bağlanacaq
Pakistanda güclü partlayış baş verib, ölənlər var
Dünya 13:57
Pakistanda güclü partlayış baş verib, ölənlər var
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
Dünya 10:52
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İsrail və Qətər nümayəndə heyətləri müzakirələr üçün Qahirəyə gedib
Dünya 23:57
İsrail və Qətər nümayəndə heyətləri müzakirələr üçün Qahirəyə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol