Cəbrayıla ilin sonuna kimi mindən çox adam köçürüləcək
2024-cü ilin sonuna kimi kimi Cəbrayıla 1395 nəfərin köçürülməsi planlaşdırılır. Bunu Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib.
O bildirib ki, ötən ildən Cəbrayıl Horovlu kəndində bərpa işlər 2023-cü ildən başlayıb.
Xüsusi nümayəndə vurğulayıb ki, əhalinin növbəti illərdə sayının 3500 nəfərə artırılması nəzərdə tutulur.
Qarabağ iqtisadi rayonu üzrə Prezidentin xüsusi nümayəndəsi Emin Hüsenov deyib ki, 2026-ci ilin sonuna qədər Qarabağ iqtisadi zonasına 16 min ailə köçürüləcək.
Bundan əvvəl Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimov mətbuata açıqlamasında bildirib ki, 2024-cü ilin birinci rübündə Şuşaya ilk köç baş tutacaq.
Prezident İlham Əliyev oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox