• $
  • £

Bank ölən hərbçinin həyat yoldaşından borcunu tələb edir - Qanun nə deyir ?

Bank ölən hərbçinin həyat yoldaşından borcunu tələb edir - Qanun nə deyir ?
26.01.2024 17:55
Azər Türk Bank (ATB) vəfat edən hərbçi Məhərrəm Abbasovun ailəsini borca görə məhkəməyə verib. Bu barədə Bakupost.az mərhum hərbçinin həyat yoldaşı Nazxanım Abbasovaya istinadən xəbər verib. 
 
Abbasovanın həyat yoldaşı Məhərrəm Abbasovon hərbi xidmət zamanı səhhətində ciddi problemlər yaranıb. Müdafiə Nazirliyinin hərbi hospitalına müraciət etsə də onu əməliyyata almayıblar. Hərbçi əməliyyat olunmaq üçün iki dəfə kredit götürməli olub. Amma vəfat etdiyi üçün kreditin ödənişini bitirə bilməyib. 

Məsələ ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayan Abbasovanın sözlərinə görə, ATB 2023-cü ilin dekabrında iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Həyat yoldaşının banka olan 5150, 27 manat məbləğində borcunu və cərimə faizlərini vərəsə kimi ödəməyi ondan tələb edib.
 
"Bəyəm man bankdan pul gõtürmüșəm ki, bank məndən pul tələb edir? Krediti həyat yoldaşım götürüb, o da xəstəlikdən dünyasını dəyişib. Qanunla şəxs vəfat edirsə, öhdəliyə xitam verilməlidir. Ondan bizə hər-hansı daşınar-dașınmaz əmlak miras qalmayıb. Həyat yoldaşımın hərbi xidmət vaxtı almadığı əșya əvəzi pul kompensasiyasını almaq üçün 1 saylı ASAN Xidmətin nəzdində fəaliyyət göstərən Notariat kontoru 20.07.2023-cü il tarixində 10 yaşlı qızımın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verib. Həmin şəhadətnamə əsasında ailəmizə həyat yoldaşımın 1587 manat 97 qəpik məbləğində paltar pulu verilib.  Bank da bunu görüb dərhal məhkəmədə iddia qaldırıb və məndən kredit borcu tələb edir”.
 
Hüquqşünas Əkrəm Həsənov məsələ ilə bağlı anews.az-a açıqlamasında bildirib ki, bankın qanunla vəfat edən şəxsin borcunu tələb etməyə haqqı var.
 
”Əgər vəfat edən şəxsin hər hansı bir əmlakı qalıbsa, o cümlədən həmin əmlak vərəsəlik qaydasında vərəsəyə keçirsə, vərəsə ona çatan əmlak həddində ölənin borcunu ödəməlidir. Yəni əgər atadan qızına nəsə çatıbsa və tutaq ki atanın 10 min borcu varsa qızına vərəsəlik qaydasında 5 min çatacaq çünki qızı həmin 10 minin 5 minini atasının borcuna yönəltməlidir. Və yaxud əksinə ola bilər əgər borc 5 mindirsə qızına 10 min çatırsa, qızı o 10 mindən 5 mini verməlidir. Yəni qanunla belədir. Bankın bunu tələb etməyə  haqqı var. Təbii ki, bank nəzərə ala bilər ki, ölən şəxs kim olub və.s. bağışlaya bilər, amma bağışlamaya da bilər”, -  Həsənov bildirib. 

Çiçək Sadatova 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Bəzi yerlərdə yağıntı intensivləşəcək - XƏBƏRDARLIQ
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Cəmiyyət 15:55
Azercell-in “Oflayn qadınlar” layihəsi beynəlxalq mükafata layiq görülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol