• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

Azərbaycan və Argentina XİN rəhbərlərinin telefon danışığı olub

Azərbaycan və Argentina XİN rəhbərlərinin telefon danışığı olub
26.01.2024 18:25
26 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub.

XİN-dən verilən xəbərə görə, telefon danışığı zamanı ilk öncə nazir Ceyhun Bayramov nazir Mondinoya yüksək vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycanla Argentina arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib, ölkələr arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işinin intensivləşməsi, növbəti görüşə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, alternativ enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğu, bununla yanaşı, ötən il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi və birgə tədbirlərin keçirilməsi məmnunluqla vurğulanıb.

Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin böyük əhəmiyyət daşıdığı, tədbirin ölkələrimiz arasında yüksək səviyyəli təmaslar üçün vacib platforma olacağı qeyd edilib.

Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol