• $
  • £

Qəzzada daha bir jurnalist vəfat edib

Qəzzada daha bir jurnalist vəfat edib
29.01.2024 12:28
İsrail ordusunun Qəzza zolağına hücumları nəticəsində daha bir jurnalist vəfat edib. Bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.

İsrail təyyarələri Qəzzanın mərkəzi hissəsində yerləşən Əz-Zəvayidə bölgəsində jurnalist İsam əl-Lulunun evini hədəf alıb. Nəticədə jurnalist Lulu, həyat yoldaşı, oğlu, gəlini və nəvəsi həlak olub.

Bununla da, Qəzza zolağında 7 oktyabr 2023-cü ildən bəri həyatını itirən jurnalistlərin sayı 121-ə çatıb.
 
Qəzza zolağında öldürülənlərin sayı 24 min 762-yə yüksəlib. Bununla bağlı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Səhiyyə Nazirliyi əlavə edib ki, son 24 saat ərzində İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar nəticəsində 165 nəfər ölüb, ən azı 280 nəfər yaralanıb. Ölənlərin bəzilərinin cəsədləri hələ də dağılmış binaların dağıntıları altında və anklavın yollarında qalır, həkimlər və xilasedicilər hələ də onlara çata bilmirlər.
 
Oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib və bu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 200-dən çox girov götürülməsi ilə müşayiət edilib.

İsrail tərəfi baş verənlərə cavab olaraq bu günə qədər davam edən "Dəmir qılınclar” əməliyyatının başlandığını elan edib.

Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol