• $
  • £

Avropa Şurası Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb

Avropa Şurası Rusiyaya qarşı sanksiyaların müddətini altı ay uzadıb
29.01.2024 16:50
Avropa Şurası(Aİ) Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha altı ay, iyulun 31-dək uzadıb. Bu barədə Aİ-nin saytında məlumat verilib.

Şura qeyd edib ki, məhdudiyyətlər ilk dəfə 2014-cü ildə "Rusiyanın Ukraynada vəziyyəti sabitsizləşdirən hərəkətlərinə” cavab olaraq tətbiq edilib. 

Hazırda sanksiyalar ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və dəbdəbəli mallar üzrə məhdudiyyətlər də daxil olmaqla, geniş sahəvi tədbirlərdən ibarətdir. Bunlara həmçinin xam neftin və bəzi neft məhsullarının Rusiyadan Aİ-yə idxalına və ya dəniz daşınmasına qadağa, bir sıra Rusiya banklarının SWIFT-dən ayrılması və Moskva tərəfindən dəstəklənən bir sıra KİV-lərin yayım fəaliyyətinin və lisenziyalarının dayandırılması daxildir.
 
Bundan əlavə, Aİ-nin sanksiyalardan yayınmağa qarşı mübarizə imkanlarını gücləndirmək üçün konkret tədbirlər təqdim edib.

O əlavə edib ki, bu tədbirlər "Rusiya Federasiyasının qeyri-qanuni hərəkətləri beynəlxalq hüquq çərçivəsində öhdəliklərin ciddi şəkildə pozulması olan güc tətbiqi qadağasını pozmağa davam etdikcə” davam etdiriləcək.

Gülnar 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol