İran İsrailə "cəsusluq" edən 4 nəfəri edam edib

İran İsrailin casusluq əməliyyatı ilə əlaqəsi olduğunu iddia etdikləri dörd nəfəri edam edib. Bu barədə İranın dövlət mediası yazıb.
Müttəhimlər İsfahanda yerləşən İran Müdafiə Nazirliyi üçün avadanlıq istehsal edən fabrikdə partlayış törətmək üçün İraqın Kürdüstan bölgəsindən qanunsuz olaraq İran ərazisinə daxil olmaqda ittiham olunublar.
Onlar 2023-cü il sentyabrın 18-də İsrail rejiminin xeyrinə casusluq əməkdaşlığına görə edam cəzasına məhkum ediliblər. Həmçinin ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə terror qruplaşması yaratmaq və idarə etməkdə təqsirli biliniblər. Daha sonra apellyasiya məhkəməsi işə yenidən baxaraq hökmü qüvvədə saxlayıb.
Dörd nəfərin İran vətəndaşları olduğu müəyyən edilib: Məhəmməd Fəramərzi, Möhsün Məzlum, Vəfa Azarbar və Pejman Fatehi. Edam, ölkənin Ali Məhkəməsi sentyabr ayında başqa bir məhkəmə tərəfindən çıxarılmış ölüm hökmlərini qüvvədə saxladıqdan sonra həyata keçirilib.
İran və İsrail illərdir bir-birini casusluqda və kölgə müharibəsi aparmaqda ittiham edir. İsrail İranı özünün ən böyük təhlükəsi hesab edir və dəfələrlə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi addımlar atmaqla hədələyib. İran bu cür silahlar axtardığını inkar edir və istənilən təcavüzə sərt cavab verəcəyini vəd edib.
2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının tanınmış generalı, İranın elit Qüds Qüvvələrinin rəhbəri Qasım Süleymani haqqında məlumatları ABŞ və İsrailə sızdırmaqda günahkar bilinən şəxsi edam edib.
2020-ci ildə İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının tanınmış generalı, İranın elit Qüds Qüvvələrinin rəhbəri Qasım Süleymani haqqında məlumatları ABŞ və İsrailə sızdırmaqda günahkar bilinən şəxsi edam edib.
Gülnar
www.anews.az
Son xəbərlər
Daha çox 