Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib
Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.APA-nın məlumatına görə, dövlət başçısı abidənin qarşısına əklil qoyub, soyqırımı qurbanlarına ehtiramını bildirib. Mərasimdə Azərbaycanın hökumət və dövlət rəsmiləri də iştirak ediblər. ANN.Az