• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Millət vəkili qida təhlükəsizliyi ilə bağlı laboratoriyaları tənqid edib - VİDEO

Millət vəkili  qida təhlükəsizliyi ilə bağlı laboratoriyaları tənqid edib - VİDEO
01.02.2024 13:33
Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı 3 labarotoriya olsa da, bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bunu millət vəkili Tahir Kərimli deyib. 

" Dünyada geni dəyişdirilmiş məhsullar dünya ölkələrinə bu Ümumdünya Ticarət Təşkilatının xətti ilə daxil olur. Azərbaycan bu təşkilatın üzvü deyil. Amma biz ölkəmizdə tumsuz məhsulları görürük. Məlum olur ki, bu bizə Türkiyədən gətirilir. Ölkədə onları yoxlayacaq 3 labarotoriya olsa da  elə bil susublar. Bu məsələlərə fikir bildirən yoxdur. Qida təşkilatları çalışır. Onlara nə qədər maneələr yaradılır xəbərdaram. Başa düşmürəm, Azərbaycan xalqını xəstə etməyə çalışırıq?”, - deputat fevralın 1-də Milli Məclisin plenar iclasında "Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib. 

Deputat Türkiyə təcrübəsini nümunə göstərərək söyləyib ki, orada kefiyyətsiz kartof tapmaq mümkün deyil.

"Gədəbəydə yetişdirilmiş kartofu kəsirsən içindən su çıxır. Bütün məhsulların geni dəyişdirilir. Həmçinin geni dəyişdirilən məhsullar heyvanlara yedizdirilir. Biz də onların ətindən, südündən istifadə edirik. Prezidentin bu məsələ ilə bağlı imzaladığı fərmanda qeyd olunan protokollara ciddi nəzarət edilməlidir”, - Tahir Kərimli bildirib. 

Buna cavab olaraq Aqrar komitənin sədri Tahir Rzayev  söyləyib ki, deputatın bildirdiyi faktlar sübut olunmalıdır. 

"Azərbaycanda qida ilə bağlı inistitut var və  dünyanın ən son model cihazları ilə təmin olunub.  Elə təqdim olundu ki, elə bil hökumət adamların zəhərlənməsi ilə məşğuldur. Haradasa kartof əkilirsə ona gübrə verilir. Bu gübrənin tərkibində insanların səhhətinə ziyan verəcək maddə olsa onun verilməsi qadağan olunur”, - millət vəkili əlavə edib.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Yelo Bank-dan sizə və ailənizə rahatlıq gətirən kredit həyat sığortası
İqtisadiyyat 14:55
Yelo Bank-dan sizə və ailənizə rahatlıq gətirən kredit həyat sığortası
Azərbaycanda sığorta bazarı 17%-dən çox böyüyüb
İqtisadiyyat 14:41
Azərbaycanda sığorta bazarı 17%-dən çox böyüyüb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:09
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:21
Azərbaycan nefti ucuzlaşıb
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
İqtisadiyyat 17:33
ABB-nin tərəfdaşlığı ilə İlin İş Adamı seçildi!
Yelo Bank принял участие в Агробизнес-фестивале
İqtisadiyyat 15:50
Yelo Bank принял участие в Агробизнес-фестивале
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
İqtisadiyyat 15:49
Yelo Bank Aqrar Biznes Festivalında iştirak etdi
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
İqtisadiyyat 15:44
Birbank Biznes предлагает кредиты до 50 000 AZN без поручителя и полностью онлайн
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı
İqtisadiyyat 15:39
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol