• $
  • £

Azərbaycanda köhnə avtomobillər utilizasiyaya sentyabrın 1-dən qəbul ediləcək - RƏSMİ

Azərbaycanda köhnə avtomobillər utilizasiyaya sentyabrın 1-dən qəbul ediləcək - RƏSMİ
01.02.2024 18:07
Sentyabr ayının 1-dən vətəndaşlar köhnəlimiş avtomobillərini utilizasiyaya verə biləcəklər. Bunun qarşılığında fondda formalaşmış vəsait hesabına gətirilən avtomobilin təsnifatına uyğun olaraq ödəniş əldə edəcəklər.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər bu yerli istehsal olunan yeni nəqliyyat vasitəsinin alınmasına yönəlirsə, tam həcmdə, əgər başqa məqsədlər üçün istifadə nəzərdə tutulursa, onun 70 faizi qədərində birdəfəlik ödəniş alacaqlar:
"Bu, istər xarici nəqliyyat vasitəsi almaq, istərsə də başqa məqsədlə ola bilər”.


O qeyd edib ki, fond təkcə idxal olunan nəqliyyat vasitələri hesabına yox, eyni zamanda, digər mənbələrdən də formalaşa bilər:
"Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər. Fondun formalaşması barədə qanun yeni qanun olub. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə, rəqəmlərə təkrar baxıla bilinər”.
"Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək”, - deyə o qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Cəmiyyət 21:22
Ramazanın iyirmi birinci günün duası- İmsak və iftar vaxtı
Bu gün ikinci Qədr gecəsidir
Cəmiyyət 20:03
Bu gün ikinci Qədr gecəsidir
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Cəmiyyət 19:11
İsrailə raket hücumu nəticəsində Azərbaycan vətəndaşı ölüb
Maştağada iki gün su olmayacaq
Cəmiyyət 18:04
Maştağada iki gün su olmayacaq
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Cəmiyyət 17:36
Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Cəmiyyət 17:22
“Beautytime” salonlar şəbəkəsinin rəhbəri cinayət işi üzrə axtarışa verilib
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Cəmiyyət 16:05
Dünyada hər 10 dəqiqəyə bir qadın öldürülür – Azərbaycanda da artım var
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Cəmiyyət 15:15
Bir həftədə 743 ədəd partlamamış hərbi sursat tapılıb - ANAMA
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Cəmiyyət 14:29
Azərbaycanda qeyri-sabit hava şəraiti aqrar sığorta müraciətlərini artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol