• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

İlham Əliyev strateji investisiya layihələrinin istiqamətlərini təsdiq edib

İlham Əliyev strateji investisiya layihələrinin istiqamətlərini təsdiq edib
01.02.2024 20:15
İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:

1. Yerli xammal bazasına (metal filiz, neft, qaz, kimya, tikinti materialları və pambıq sahələri) əsaslanan istehsal layihələri;

2. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
 
3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;

4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri;

6. 2023-cü il yanvarın 1-dən sonra investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft sənayesi müəssisələrinin istehsal layihələri;
 
7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən "Azərbaycanda ilk” ("First in Azerbaijan”) layihələri;

8. Hava gəmilərinin istismarı və onlara texniki xidmət göstərilməsi layihələri;

9. Dəmir yolunun hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri;

11. Alüminium məhsullarının istehsalı layihələri;

12. Dövlət−özəl tərəfdaşlığı (dövlətin satınalma öhdəliyi ilə özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələri daxil olmaqla) layihələri;

13. COP29 beynəlxalq tədbiri çərçivəsində qonaqlama layihəsi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol