• $
  • £

Bələdiyyə işçilərinə hansı səlahiyyətlər verilməlidir?- EKSPERT

Bələdiyyə işçilərinə hansı səlahiyyətlər verilməlidir?- EKSPERT
02.02.2024 18:10
Bələdiyyələrlə bağlı bəzi məsələlərin sadələşdirilməsinə ehtiyac var. Bunu deputat Siyavuş Novruzov fevralın 1-də Milli Məclisin plenar iclasında deyib. 

"Aldığımız təkliflər görə bələdiyyələrin sayının azaldılması təklif olunur. Təsəvvür edin əhalisi bizdən qat-qat çox olan Türkiyədə 800 bələdiyyə fəaliyyət göstərir. Bizdə isə bu rəqəm 1600 nəfərdir. Məsələn Türkiyədə_Avropada elə olur ki, bir şəhəri bir nəfər idarə edir. Bu sadələşdirilmiş mexanizmdir. Biz də bu məsələləri nəzərə alsaq yaxşı olar. Həmçinin, bələdiyyələrdə namizədlərdən tələb olunan sənədlərin sayı 60-dan çoxdur. Bu məsələyə də diqqət ayrısaq yaxşı olar”, - deputat bildirib.
 
İqtisadçı, yerli özünüidarə məsələləri üzrə ekspert Samir Əliyev bildirir ki, bələdiyyələrin səlahiyyətləri artırılmalı, mərkəzi hakimiyyət səlahiyyətlərin əhəmiyyətli bir hissəsini bələdiyyələrə verməlidir. 
 
"Qarşıdakı bələdiyyə seçkilərinə qədər heç bir iş görülə bilməz. Çünki bələdiyyələrin səlahiyyətləri, statusu konstitusiya ilə müəyyənləşib və ona görə də dəyişiklik etmək real görsənmir. Bələdiyyə seçkiləri dekabrda olmalıdır. Hər bir halda bələdiyyələrin səlahiyyətlərinin artırılmalıdır.  Səlahiyyətlər bölgüsü yəni mərkəzi hakimiyyət səlahiyyətlərin əhəmiyyətli bir hissəsini bələdiyyələrə verməlidir. Səlahiyyət özündə maliyyəni də ehtiva etməlidir. Maliyyəsiz səlahiyyət vermək bələdiyyələrin boyuna qoymaq deməkdir",- iqtisadçı əlavə edib.
 
Əliyev həmçinin bələdiyyələrin sayının azalmasında tendensiyanın olduğunu vurğulayıb.
 
"Bələdiyyələrin sayı hələ azaldılıb. O vaxt təklif verdik və qəbul olundu. O vaxt 2500-dən çox bələdiyyə var idi.  İndi isə 1600 bələdiyyə var. Bu gün bələdiyyənin sayının azalmasında tendensiya var. Amma Azərbaycan üçün aktual deyil. Problem bələdiyyənin sayında deyil, sadəcə səlahiyyətinin və maliyyəsinin olmamasıdır. Bələdiyyələri birləşdirsək, pis işləyən bələdiyyə gedib, yaxşı işləyən bələdiyyə ilə birləşib onun da işini pozacaq.  Bu sayın azaldılması aktual deyil, heç ehtiyac da görmürəm",- o bildirib.
 
Qaradağ rayonunun Ələt qəsəbəsinin bələdiyyəsi Azad Musayev söyləyir ki, bələdiyyələrin yaralı yeri bələdiyyə ərazilərinin xəritəsinin olmamasıdır.
 
"Bələdiyyələr öz ərazilərindən vergini yığa bilmirlər. Buna səbəb isə ərazi üzrə xəritələrin olmamasıdır. Vətəndaşların müəyyən qədər şikayətləri olur. Ancaq başa düşməlidirlər ki, bələdiyyənin maliyyəsi azdır. Bir sözlə bələdiyyənin büdcəsində normal vəsait ola ki, normal da işlər görülə bilsin. Biz də torpaq alqı-satqısı yoxdur ki, əldə olunan pul büdcəyə yığılsın. Ancaq torpaq vergisi yığa bilirik. O da cüzi bir şeydir. Birdə əhaliyə çıxarış verilsə, biz ondan vergi yığa bilərik. Bələdiyyələrin sayının az və yaxud çox olması heçnəyi  dəyişdirmir. Bizim elə bir öhdəliyimiz yoxdur.  Bizdə ancaq yaşıllıq, abadlıq işləridir. Əhalidən ancaq torpaq vergisi yığa bilirik, əmlak vergisi ala bilsək yaxşı olardı",- bələdiyyə əlavə edib.
 
Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında qanunda bildirilir ki, bələdiyyələrə ümumilikdə 5,5 milyon manat məbləğində dotasiya, 1,55 milyon manat məbləğində subvensiya verilib.

2024-cü il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 30 ildən sonra seçkilər bütün ölkəni əhatə edəcək. 
 
Hazırda ölkə üzrə 1606 bələdiyyə fəaliyyət göstərir. 
 
Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. 2024-cü ildə isə 6-cı dəfə bələdiyyə seçkiləri olmalıdır

 
Aytac Zeynalova
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Cəmiyyət 21:56
Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:58
Ramazanın 14-cü gününün duası - İmsak və iftar vaxtı
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Cəmiyyət 19:55
Bakı dairəvi yolunda maşın yanıb,sıxlıq yaranıb
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Cəmiyyət 19:48
Metroda bu istiqamətdə hərəkət cədvəli dəyişir
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Cəmiyyət 19:34
Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış edib
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Cəmiyyət 18:26
Sabah Ceyranbatanda 1600 abonentin qazı kəsiləcək
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Cəmiyyət 17:23
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 725 nəfər təxliyə olunub
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
Cəmiyyət 17:01
Bakının Süleyman Vəzirov küçəsində hərəkəti qismən məhdudlaşdırılacaq
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Cəmiyyət 16:46
700-ə yaxın şəxs üçün kiçik təsərrüfatlar quruldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol