• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Yanukoviç rəsmən axtarışa verildi

Yanukoviç rəsmən axtarışa verildi
25.02.2014 22:36
Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç qəsdən adam öldürmə maddəsi ilə rəsmi şəkildə axtarışa verilib. ANS PRESS-in məlumatına görə, Kiyevin Peçersk rayon məhkəməsi V.Yanukoviçin həbs edilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə ölkənin baş prokuroru vəzifəsini icra edən Oleq Maxnitski açıqlama verib.“Yanukoviç şübhəli şəxs kimi saxlanacaq, çünki o, rəsmi şəkildə axtarışa verilib. Viktor Yanukoviç kütləvi şəkildə insanları oldürməkdə təqsirləndirilir”, - açıqlamada belə deyilir. Peçersk rayon məhkəməsi həm də ölkənin eks baş prokuroru Viktor Pşonkanı da axtarışa verib. Oleq Maxnitskinin sözlərinə görə, Pşonka 50 nəfəri öldürməkdə ittiham edilir. Bu arada Ukraynada yenidən formalaşdırılacaq Nazirlər Kabinetinin rəhbəri və nazir vəzifələrinə namizədliyi ehtimal olunan 8 nəfərin adı açıqlanıb. “Batkivşina” deputat fraksiyasının lideri Arseni Yatsenyukun baş nazir olacağı deyilir. Boris Tarasyuk xarici işlər naziri, Oksana Proda sənaye siyasəti naziri, Artur Palataçnıyın gənclər və idman naziri, Aleksandr Kujelin gəlirlər və vergilər naziri, Olesya Orobetsin iqtisadi inkişaf və ticarət naziri, İrina Sexin təbii ehtiyatlar naziri, Andrey Parubiyin müdafiə naziri, Arsen Avakov daxili işlər naziri vəzifəsinə təyin ediləcək. Son məlumata görə, Ukraynada prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov 46 prezident məsləhətçisindən 44-nü işindən azad edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol