Türkiyədə zəlzələdən zərər çəkənlərə yeni evlər verilir

Ötən il Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə yaşayış evlərinin təhvil verilməsinə başlanılır.
"Ensonhaber” xəbər verir ki, inşa edilən 46 min ev, fevralın ilk günlərində püşkatma yolu ilə təhvil veriləcək.
İlk püşkatma və açarların təhvil vermə mərasimi bu gün Türkiyə prezidentinin iştirakı ilə Hatayda keçiriləcək.
Ərdoğan 4 fevral Qaziantepdə, növbəti həftə isə Kahramanmaraş, Şanlıurfa, Adıyaman və Elazığda keçiriləcək açar təslimi mərasimlərində iştirak edəcək.
www.anews.az
Son xəbərlər
Daha çox 