• $ 1.7
  • € 1.9612
  • ₽ 0.020928
  • ₺ 0.0403
  • £ 2.23

Nazim Bəydəmirli prezidentə müraciət edib

Nazim Bəydəmirli prezidentə müraciət edib
06.02.2024 15:19
Həbsdə olan iş adamı, sabiq deputat Nazim Bəydəmirli barəsində elan edilən cinayət işinə xitam verilməsi üçün prezidentdən  xahiş edib.
 
İş adamı haqqında verilən həbsi uydurma cinayət işi adlandırıb və bildirib ki, bu istiqamətdə mətbuatda və dövlət televiziyasında ona qarşı "qara piar" aparılıb.  
 
Nazim Bəydəmirli iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb. O hədə-qorxu ilə xeyli miqdarda əmlak tələb etmədə ittiham olunur.

İyulun 5-də Nərimanov Rayon Məhkəməsi istintaq orqanının təqdimatına baxaraq Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bu müddət daha 3 ay artırılıb. 
 
Nazim Bəydəmirli və müdafiəçiləri həbsi Gədəbəyin Söyüdlü kəndində baş vermiş olaylarla bağlayır.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (xeyli miqdarda əmlak tələb etmək məqsədilə hədə-qorxu ilə tələb etmə- xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb.

Cinayət işinin materiallarında iddia olunur ki, o, pay sahibi olduğu şirkətdə şərikini görüntülərlə şantaj edərək, ondan 50 min manat pul tələb edib.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Cəmiyyət 13:46
Zəfər muzeyinə giriş 3 gün ərzində ödənişsiz olacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:40
Sabahın hava proqnozu
Sabunçuda 4 obyekti olan tikili yanıb
Cəmiyyət 21:38
Sabunçuda 4 obyekti olan tikili yanıb
Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir, atəşfəşanlıq olacaq
Cəmiyyət 20:57
Bakıda Zəfər Günü münasibətilə konsert keçirilir, atəşfəşanlıq olacaq
Azadlıq meydanında keçirilən Zəfər paradından yeni görüntülər
Cəmiyyət 19:51
Azadlıq meydanında keçirilən Zəfər paradından yeni görüntülər
Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
Cəmiyyət 18:45
Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq
Bakıdakı hərbi paraddan maraqlı görüntülər - Video
Cəmiyyət 18:29
Bakıdakı hərbi paraddan maraqlı görüntülər - Video
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Cəmiyyət 15:14
Bakıda hərbi parad başa çatıb - Yenilənib
Xəzər dənizində zəlzələ olub
Cəmiyyət 13:58
Xəzər dənizində zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol