• $
  • £

Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırılıb

Baltikyanı ölkələrin müvəqqəti işlər vəkilləri Rusiya XİN-ə çağırılıb
06.02.2024 18:28
Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, buna səbəb Rusiyada keçiriləcək prezident seçkiləri ilə əlaqədər təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə Baltikyanı ölkələrin hakimiyyət orqanlarının lazımi cavab verməməsidir.

Qeyd olunub ki, bu təhlükəsizlik tədbirləri Vilnüs, Riqa və Tallindəki Rusiya səfirliklərindəki seçki məntəqələrinə aiddir.
"Biz Baltikyanı dövlətlərin təmsilçilərinə bildirdik ki, 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq və hamılıqla qəbul edilmiş beynəlxalq təcrübə əsasında diplomatik missiyaları qorumaq üçün bütün lazımi tədbirləri görmək məsuliyyəti qəbul edən dövlətlərin üzərinə düşür. Rusiya üç ölkənin hakimiyyət orqanlarından səsvermə zamanı seçicilərin, eləcə də Rusiya səfirliklərinin əməkdaşlarının təhlükəsizliyinin təmini üçün lazım olan hər şeyi etməyi istəyib”, - Mariya Zaxarova söyləyib.

O vurğulayıb ki, seçkilər zamanı çətinliklər yaratmaq bu ölkələrdə yaşayan ruslar arasında ciddi etiraza səbəb olacaq: "Çünki bu onların konstitusion hüquqlarının pozulmasıdır. Biz Baltikyanı ölkələrin öz öhdəliklərini yerinə yetirməsini təmin etməyə davam edəcəyik. Əgər təxribat davam edərsə, ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcəyik”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol