• $
  • €
  • ₽
  • ₺
  • £

BP yeni kəşfiyyat quyusunun nəticələrinin təhlilinə başlayıb

BP  yeni  kəşfiyyat quyusunun nəticələrinin təhlilinə başlayıb
09.02.2024 18:11
BP-Azərbaycan şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağında yeni "SDX-8" kəşfiyyat quyusu ilə bağlı nəticələrinin təhlilinə başlayıb,  neft və qaz quyuları üzrə BP- Azərbaycan şirkətinin nvitse-prezidenti Cim O'Liri bildirib.

"SDX-8 kəşfiyyat quyusunda keçən ilin dekabrında 7 min metr dərinliyə uğurla çatdıq. Bu quyunun qazılması çox çətin idi, lakin biz layihə məqsədimizə səmərəli və təhlükəsiz şəkildə çatdıq. Quyu təhlili müddətinə konservasiya edilib”, -  O’Liri cümə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə,  təhlil nəticələrinə əsasən şirkət gələcək planların nədən ibarət olacağına qərar verəcək.

"Dərinliyi 7 min metr olan bu tip mürəkkəb quyuların təhlili çox vaxt aparır. Bu müddət ərzində Heydər Əliyev adına qazma qurğusu "Şahdəniz” yatağında digər işlərə cəlb olunacaq”, -  vitse-prezident qeyd edib.

Onun sözlərinə görə, şirkət  2024-cü ildə "Mərhələ-2” çərçivəsində "Şahdəniz” yatağında üç hasilat quyusu qazmağı planlaşdırır.

 SDX-8 quyusu "Şahdəniz” yatağının əvvəllər işlənilməmiş hissəsində  qazılıb.

"Şahdəniz” yatağının işlənməsi üzrə müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və həmin il oktyabrın 17-də Milli Məclis tərəfindən ratifikasiya edilib.
 
Hazırda müqavilədə tərəflərin payı  bp (operator - 29,99%), LUKOIL (19,99%), TPAO (19%), NICO (10%) və Cenub Qaz Dehlizi QSC (21 ,02%) təşkil edir.

Hazırda "Şahdəniz” yatağından qaz və kondensat hasilatı Mərhələ-1 çərçivəsində Alfa platformasından və Mərhələ-2 çərçivəsində Bravo platformasından həyata keçirilir. "Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabrında başlanılıb.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
İqtisadiyyat 17:25
DigiTravel ilə aviabiletləri də indi alıb, sonra ödəyin!
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
İqtisadiyyat 15:07
Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
İqtisadiyyat 13:03
Kartdan-karta köçürmələr üzrə yeni tariflər banklara şamil olunacaq
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq
İqtisadiyyat 10:55
Azərbaycanda 2032-ci ilədək 8 QVt yaşıl enerji gücü yaradılacaq

Bakı Limanında konteyner daşımaları 30% artıb
İqtisadiyyat 10:02
Bakı Limanında konteyner daşımaları 30% artıb

Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
İqtisadiyyat 09:57
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
"Brent" bahalaşıb
İqtisadiyyat 09:32
"Brent" bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:14
Bu günə olan məzənnə açıqlanıb
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
İqtisadiyyat 16:48
Kapital Bank-ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol