• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

3 ərazilərin minalanmış xəritərləri hələ də verilməyib - ANAMA

3 ərazilərin minalanmış xəritərləri hələ də verilməyib - ANAMA
12.02.2024 10:36
Ermənistan təmas xəttinin Xocavənd, Tərtər və Goranboy ərazisində minalanmış ərazilərin xəritəsini verməyib. Bu barədə ANAMA-dan bildirilib. 

"Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib",- açıqlamada deyilir. 
 
2020-ci il Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar bitdikdən sonra 345 Azərbaycan vətəndaşı mina qurbanı olub. 
 
Azərbaycanla Ermənistan arasında baş verən münaqişələrin 30 ilində isə ümumilikdə 4000 mindən çox şəxs mina qurbanı olub. 
 
Bundan əvvəl Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə deputat Vüqar Bayramov bildirib ki, Qarabağda minaların təmizlənməməsi Azərbaycan iqtisadiyyatı üçün 10 milyard itki deməkdir. 
 
Həmçinin millət vəkili Tahir Mirkişili vurğulayıb ki, beynəxalq təşkilatlar minaların təmizlənməsində yardım etməsə, Azərbaycan bu prosesə 1,5 milyard pul xərcləməli olacaq. 
 
Deputat Hicran Hüseynova mina düşən şəxslərlə bağlı beynəxalq məhkəmələrə müraciət etməyi təklif edib. 
 
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı deyib ki, Azərbaycan minaların təmizlənməsini 90% öz hesabına icra edir.
 
Noyabrın 4-də  BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreva söyləyib ki, Azərbaycan minadan əziyyət çəkən ölkələr siyahısına daxildir. 
 
Hazırda Azərbaycan minalardan əziyyət çəkən ilk 10 ölkə siyahısında yer alır. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol