• $ 1.7
  • € 1.785
  • ₽ 1.9142
  • ₺ 0.0467
  • £ 2.1531

Qubad İbadoğlunun tibb müəssisəsinə köçürülməsinə qadağa qoyulub - Vəkil

Qubad İbadoğlunun tibb müəssisəsinə köçürülməsinə qadağa qoyulub - Vəkil
12.02.2024 15:33
Demokratiya və Rifah Partiyasının sədri, iqtisadçı-alim Qubad İbadoğlunun saxlandığı Kürdəxanı İstintaq Təcridxanası səhhətinin pisləşməsinə baxmayaraq onun müalicə müəssisəsinə köçürülməsinə icazə verməyib. Bu barədə Gubad İbadoğlunun vəkili Zibeydə Sadıqova məlumat verib.  
 
"On gün ərzində Qubad İbadoğlu tibb məntəqəsinə aparılacaq. Bir saat sistem altında olacaq və yenidən kamerasına qaytarılacaq. Əslində isə Müalicə Müəssisəsi deyilən yer var. Xəstələr ora göndərilir, orada tamamilə həkim nəzarətində olur və müalicə aldıqdan sonra təcridxanaya qaytarılır", - vəkil bildirib. 
 
Sadıqova vurğulayıb ki, partiya sədrinin səhhətində artıq daha ciddi problemlər yaranıb. 
 
"Səhhətində artıq daha ciddi problemlər yaranıb. Qanında şəkərin miqdarı  aşağı düşmür. Baxmayaraq ki, gündər artıq iki yüksək dozalı dərman qəbul edir və insulin iynəsi vurur. Ürək döyüntüləri normallaşsın deyə, ayrıca dərman qəbul edir və buna baxmayaraq nəbzi həmişə yüksək olur. Endokrinoloq qərar verib ki, Qubad İbadoğlu 10 gün damarlarının yuyulması üçün sistem qəbul etməlidir. Çünki şəkər nəticəsində damarlarında tıxanma yaranıb", - vəkil əlavə edib. 
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 

 
Gülnar Nazimqızı 
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Siyasət 12:54
Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Siyasət 10:58
Ötən ilsəfərbərlik hazırlığına diqqət artırılıb - Nazir
Pakistanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:59
Pakistanın Baş naziri Azərbaycana gəlib
Prezident Yoxan Eliaşı qəbul edib
Siyasət 12:18
Prezident Yoxan Eliaşı qəbul edib
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Siyasət 12:10
Prezidentdən həmkarlarına təbrik məktubu - Yenilənib
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
Siyasət 21:48
Xocalıda mina partlaması ilə bağlı XİN-dən açıqlama
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Siyasət 17:45
İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının birgə iclası keçirilib
Prezident onu təltif edib - Sərəncam
Siyasət 16:20
Prezident onu təltif edib - Sərəncam
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Siyasət 13:14
Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol