• $ 1.7
  • € 1.9816
  • ₽ 0.021725
  • ₺ 0.0406
  • £ 2.2805

Pediatriya İnstitutu uşaqlar arasında influenza virusunun yayılmasına münasibət bildirib

Pediatriya İnstitutu uşaqlar arasında influenza virusunun yayılmasına münasibət bildirib
12.02.2024 18:08
Son zamanlar uşaqlar arasında yüksək temperaturla müşahidə olunan xəstəlik yayılıb. Bu simptomla övladını müayinə etdirən valideynlərin sözlərinə görə, bununla bağlı verdikləri analizin nəticəsində influenza olduğu müəyyən edilib.

Elmi-Tədqiqat Pediatriya İnstitundan verilən xəbərdə məlumat təsdiqlənib. İnstitutdan bildirilib ki, hazırda uşaqlar arasında kəskin respirator xəstəliklər müşahidə olunur və bunların törədiciləri influenza virusudur:

"Cəmiyyətdə qrip kimi də tanınan influenza asanlıqla əsasən, hava-damcı yolu ilə yayılan yüksək yoluxuculuq ehtimalı olan respirator xəstəlikdir. Bu xəstəliyə ən çox qış mövsümündə rast gəlinir.
 
Yoluxmuş şəxs öskürən və ya asqıran zaman tərkibində virus olan kiçik damcılar (infeksion damlalar) havada yayılır və yaxınlıqdakı insanları yoluxdura bilir. İnfeksiya qrip virusu ilə çirklənmiş əllər vasitəsilə də keçə bilər. Əksər hallarda xəstəlik yüngül keçir. Virusa daha çox 0-5 yaşlı uşaqlar yoluxurlar”.

Məlumatda bildirilir ki, qrip əlamətləri adətən xəstə insanla təmasdan 1-4 gün sonra görünür:

"Bu simtomplara bədən hərarətinin yüksəlməsi, boğaz ağrısı, zökəm, ümumi yorğunluq, baş-əzələ ağrısı, ümumi zəiflik, iştahasızlıq, üşütmə kimi əlamətlər daxildir. Böyüklərdən fərqli olaraq uşaqlarda daha çox rast gəlinən əlamət qusma və ya ishal ola bilər. Hərarətin normadan yüksəyə qalxması da müşahidə oluna bilər.

Uşaqlar mümkün qədər açıq havada çox olmalı, vitaminlərlə zəngin qidalarla qidalanmalıdırlar. Xüsusilə bağça və məktəbə gedən uşaqlar vaxtlarının çoxunu qapalı mühitdə keçirdiklərinə görə infeksiya və virusların yayılma ehtimalı olur. Otağın havası tez-tez dəyişdirilməlidir. Valideynlər mümkün olduğu qədər xəstə uşaqları bağçaya, məktəbə göndərməməlidirlər. Əlləri mütəmadi olaraq yumaq tövsiyə olunur. Risk qrupuna aid uşaqlara ildə bir dəfə qrip peyvəndi vurulmalıdır”.
Həmçinin qeyd edilib ki, virus xəstəliklərinin müalicəsi əsasən simptomatik aparılır:

"Hərarət orqanizmin müdafiə reaksiyasıdır. Buna görə də əksər hallarda 38° dərəcəyə qədər hərarəti salmaq məsləhət görülmür. Uşaqlar yuxu rejiminə düzgün riayət etməli, stressdən və zərərli vərdişlərdən uzaq durmalıdırlar. Uşaqlara bol maye içirtmək məsləhət görülür. Burun tutulmasını aradan götürmək üçün tərkibində duz məhlulu olan burun damcılarından və ya spreylərindən istifadə etmək lazımdır. Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə məsləhət görülmür”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Siyarto Rusiya və ABŞ rəsmiləri ilə sammitə hazırlıq üzrə telefon danışığı aparıb
Cəmiyyət 14:04
Siyarto Rusiya və ABŞ rəsmiləri ilə sammitə hazırlıq üzrə telefon danışığı aparıb
Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 12:46
Sabah bəzi rayonlara yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Cəmiyyət 12:44
Moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq
Milli Məclisin növbəti iclası oktyabrın 24-də keçiriləcək
Cəmiyyət 12:27
Milli Məclisin növbəti iclası oktyabrın 24-də keçiriləcək
Deputatdan həmkarına: Mənə saxtakar dedi - Video
Cəmiyyət 12:21
Deputatdan həmkarına: Mənə saxtakar dedi - Video
Doqquz ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb
Cəmiyyət 12:08
Doqquz ayda narkotiklə bağlı 6516 cinayət faktı aşkarlanıb
Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib
Cəmiyyət 11:24
Qanunsuz orden və medal hazırlayan QHT rəhbərləri cinayət məsuliyyətinə cəlb edilib
Bakıda məktəbli bıçaqlanıb
Cəmiyyət 10:49
Bakıda məktəbli bıçaqlanıb
DYP yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 10:12
DYP yağışlı hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol