• $
  • £

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qırmızı Ürəklər Fondunu mükafatlandırdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Qırmızı Ürəklər Fondunu mükafatlandırdı
12.02.2024 19:23
Müxtəlif istiqamətlər üzrə, xüsusən də "Ətraf mühitin mühafizəsi” üzrə cəmiyyətə dəyər qatmaq missiyasını daşıyan Qırmızı Ürəklər Fondu (Red Hearts) daha bir mükafata layiq görülüb. 

Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2023-cü il ərzində təbiətin qorunmasına yönələn təşəbbüslərə qoşularaq ətraf mühitin sağlamlaşdırılmasına, biomüxtəlifliyin və ekosistemin bərpasına önəm verən, bu istiqamətdə layihələr həyata keçirən, eyni zamanda ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq göstərən sahibkarlıq subyektləri, təşkilatlar və qeyri-hökumət təşkilatlarını mükafatlandırıb. 

Fond nazirlik tərəfindən "Ekoloji maarifləndirmə sahəsində təşəbbüskarlıq və dəstəyə görə ən yaxşı tərəfdaş” seçilib. Mükafatı Qırmızı Ürəklər Fondunun prezidenti Sevda Haqverdiyevaya Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev təqdim edib. 

Qeyd edək ki, "Red Hearts”- Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar. 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol