• $
  • £

OPEC gələn il üçün Azərbaycanla bağlı proqnozunu açıqlayıb

OPEC gələn il üçün Azərbaycanla bağlı proqnozunu açıqlayıb
13.02.2024 17:36
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2025-ci il üçün neft hasilatını 700 min barel səviyyəsində proqnozlaşdırıb. Bu barədə OPEC-in rəsmi saytında məlumat verilib. 
 
Bildirilib ki, bu artım cari il üçün 20 min barel, 2025-ci il üçün isə 10 min barel arta bilər.
 
Bir gün əvvəl "S&P Global Commodity Insights”ın "Platts” hesabatında qeyd edib ki, yanvarda Azərbaycan neft hasilatı 12,88% gerilməklə 480 min barel təşkil edib. 
 
2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.
 
Azərbaycan "OPEC plus” razılaşmasının 2016-ci ildən iştirakçısıdır.
 
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC (ing. The Organization of the Petroleum Exporting Countries) — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.

Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.


Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).


Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus” formatında sıx əməkdaşlıq edir. "OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib
İqtisadiyyat 10:35
Əmtəə bazarlarında qızılın qiyməti aşağı enib

“Brent” neftinin qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:28
“Brent” neftinin qiyməti ucuzlaşıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 10:13
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
İqtisadiyyat 22:01
Rusiya neft sanksiyalarının yumşaldılmasından 2 milyard dollar qazanacaq
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İqtisadiyyat 16:38
Ölkəyə gətirilən smartfonlar 2 dəfədən çox bahalaşıb
İran dövriyyəyə yeni əskinas buraxıb
İqtisadiyyat 22:00
İran dövriyyəyə yeni əskinas buraxıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 12:01
Azərbaycan nefti bahalaşıb
ABŞ İran neftinin satışına 30 günlük güzəşt tətbiq edib
İqtisadiyyat 09:27
ABŞ İran neftinin satışına 30 günlük güzəşt tətbiq edib
Azərbaycanda pambıq mahlıcı istehsalı 13 %-dən çox artıb
İqtisadiyyat 16:39
Azərbaycanda pambıq mahlıcı istehsalı 13 %-dən çox artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol