• $
  • £

Hindistanda fermerlər altı ay davam edəcək etiraz aksiyaları keçirəcək

Hindistanda fermerlər altı ay davam edəcək etiraz aksiyaları keçirəcək
13.02.2024 22:17
Hindistanda narazı fermerlər ölkənin paytaxtı Nyu Dehlidə altı ay davam edəcək etiraz aksiyasına hazırlaşıblar.

Bu barədə "India Today” portalı kəşfiyyat xidmətlərinin hesabatına istinadən məlumat yayıb.

Fermerlərin aksiyasına təkcə Pəncabdan 1500 traktor və 500 maşın səfərbər edilib. Bu maşınlara altı aylıq ərzaq, yemək və maddi-texniki təchizat yüklənib.

Çərşənbə axşamı günü təhlükəsizlik qüvvələri etiraz edən fermerlərin traktorlarını Yeni Dehliyə sürməsinə mane olublar.

Polis Yeni Dehlidə əsas magistral yollar boyunca əvvəlcədən quraşdırılmış maneələri keçməyə çalışan insanlara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib.

Axşam saatlarında aksiyanın təşkilatçıları hücumu dayandırmaq qərarına gəliblər, lakin səhər qayıdacaqlarına söz veriblər.
Hindistanın mərkəzi Pəncab, Haryana və Uttar Pradeş ştatlarında fermerlər hökumətdən gələcək məhsullar üçün onlara minimum dəstək qiymət zəmanəti verəcək qanunun qəbulunu tələb edərək etiraz aksiyası keçiriblər.

Bundan əlavə, fermerlər onlara pensiya verilməsini, təsərrüfatların borcdan azad edilməsini , Hindistanın Ümumdünya Ticarət Təşkilatından (ÜTT) çıxmasını və bütün azad ticarət müqavilələrini dondurmasını istəyirlər. Bu ştatlardan 200 fermer ittifaqı yürüşdə iştirakını elan edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol