• $
  • £

Azərbaycan XİN Paşinyanın iddialarına münasibət bildirib

Azərbaycan XİN Paşinyanın iddialarına münasibət bildirib
15.02.2024 17:10
Fevralın 15-də hökumətin iclasında növbət dəfə səsləndirdiyi əsassız iddialar bölgədə gərginlik yaratmaq məqsədi daşıyır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin N.Paşinyanın fikirləri ilə bağlı şərhində bildirilib.
 
"İlk növbədə qeyd edək ki, hərbi qulluqçumuzun yaralanmasına cavab olaraq ölkəmizin həyata keçirdiyi tədbirlərin təcavüz kimi qiymətləndirilməsi faktların saxtalaşdırılmasıdır. 12 fevral tarixində Ermənistan tərəfinin təxribatlarının 5 aya yaxın müddətdə hökm sürən sabitliyi pozduğu və bunun məsuliyyətinin Ermənistan tərəfində olduğu hər kəsə yaxşı məlumdur. Eyni zamanda, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan hərbçisinin yaralanması faktı ilə bağlı araşdırma aparılacağı barədə vədlərinə indiyə qədər nəyə görə əməl olunmadığına izahat verilməsi, habelə Ermənistanın sərhəd postlarında müxtəlif hərbi qruplaşmalara məxsus muzdluların Müdafiə Nazirliyinə hansı əsasda tabe olması məsələsinə aydınlıq gətirilməsi faydalı olardı", - nazirlikdən qeyd olunub.

Bildrilib ki, Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir.
 
"Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur. Həmçinin, 1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə və delimitasiyanın həyata keçirilməsinə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi yaxşı olardı. Ermənistanın bütün qonşularının ərazi bütövlüyünü dəstəklədiyini iddia edən baş nazirə Ermənistan Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, rəsmi bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən iddialarını xatırlatmaq istərdik.
Ermənistan tərəfi həqiqətən də sülh prosesində maraqlıdırsa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarından əl çəkməlidir", - nazirlik vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Siyasət 13:42
Bayramov və Ço Hyon ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Siyasət 12:40
Azərbaycan nümayəndə heyətinin Ermənistana səfərini Ermənistan XİN təsdiq edib- Yenilənir
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Siyasət 22:30
Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 20:37
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Siyasət 19:15
Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə görüşüb
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
Siyasət 14:30
Əliyev BƏƏ nümayəndə heyətini qəbul edib
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Siyasət 14:06
ASAN xidmətə yeni səlahiyyətlər verilib
Prezident sərəncam imzalayıb
Siyasət 14:02
Prezident sərəncam imzalayıb
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Siyasət 09:25
Leyla və Arzu Əliyevalar Şəkidə Xan məscidini ziyarət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol