• $
  • £

Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb

Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb
18.02.2024 22:08

Türkiyə süni intellektdən istifadə edərək lazer silahları hazırlayıb. Onun növlərindən biri ROKETSAN şirkəti tərəfindən hazırlanan "ALKA” (yönləndirilmiş enerji silah sistemi) lazer silahıdır.

Bu barədə "TRT Haber” kanalı xəbər verir.

Qeyd olunub ki, ALKA süni intellekt arxitekturası ilə hazırlanmış innovativ silah sistemidir. Belə ki, asimmetrik təhlükələrə qarşı elektromaqnit və lazer texnologiyalarından istifadə edən hibrid hava hücumundan müdafiə sistemidir. ALKA sistemi ilk dəfə İstanbulda keçirilən IDEF-2019 müdafiə sərgisində təqdim edilib.

İxtisaslaşdırılmış hərbi nəşrlərə görə, bu silah növü zirehli maşınlara və stasionar obyektlərə quraşdırıla bilər, o, əsasən pilotsuz təyyarələrin məhv edilməsi, həmçinin minaların və əldəqayırma partlayıcı qurğuların uzaqdan partladılması üçün nəzərdə tutulub.

Silah üçün maksimal məsafə 4 km, dronun effektiv məhvetmə məsafəsi 1 km-ə qədərdir. "Alka” fərqli hədəflərə zərbə endirə bilər. Beləliklə, obyektlərin PUA hücumlarına qarşı müdafiəsi vahid quruluşa malik olacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol