Ermənistanda qızılcaya yoluxanların sayı artıb
Ermənistanda qızılcaya yoluxanların sayı 621-ə çatıb. Bu barədə Sputnik Armeniya Ermənistan Respublikasının Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin məlumatlarına əsasən xəbər verib.
Bildirib ki, ötən həftə 12 qızılcaya yeni yoluxma faktı qeydə alınıb.
Xəstələrin hamısının uşaq olduğu söylənib.
"Bu il xəstələrin ümumi sayı 81 nəfər - 62 uşaq və 19 böyükdür. 16 nəfər xəstəxanaya yerləşdirilib. Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı peyvənd 1 yaşdan 4-6 yaşa qədər olan uşaqlara verilir", - vurğulanıb.
Azərbaycanın Cəlilabad rayonunda noyabrdan fevralın 11-ə qədər 493 nəfər qızılcaya yoluxub. Yoluxanlardan 318 nəfəri 18 yaşdan kiçiik, 175 nəfəri isə böyükdür. Hazırda aktiv xəstə sayı 47-didir.
Dövlət Statistika Komitəsinin 2023-cü il açıqlamasına görə, Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub.
Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏBİB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb.
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb.
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
Aygün Mirakif
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox