Rusiyada tarixinin ən isti yayı gözlənilir
Rusiyada 2024-cü ilin yayı tarixin ən isti vaxtı kimi yadda qala bilər. Bu barədə İsvestiya nəşri yazıb.
Artıq iyunda havanın temperaturu normadan 7°C yuxarı qalxa bilər. Moskva , Tver , Kaluqa , Kalininqradda hava +35 ° C-ə qədər istiləşə bilər. Uralda, Şimali Qafqaz respublikalarında, Sibirdə və Şimali Qafqazda Volqaboyu ərazilərdə temperatur rekordları gözlənilə bilər. İqlimə El Nino fenomeni - Sakit Okeanın ekvatorial hissəsində suyun səth qatının temperaturunun dəyişməsi təsir göstərəcək. El Nino bütün dünyada ekstremal hava şəraitinə səbəb ola bilər", -nəşr sinoptiklərə istinadan məlumat paylaşıb.
Bundan öncə "The Guardian” qəzeti bir neçə alimə istinadən yazıb ki, 2024-cü ilin fevralı bütün dünyada quruda və okeanlarda maksimal temperatur rekordlarını qıraraq, rekordların ən istisi olmağa hazırlaşır.
Klimatoloq Maksimiliano Herreranın sözlərinə görə, bu ayın birinci yarısında 140 ölkədə aylıq istilik rekordları qırılıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox