Rusiya qarşı sanksiyalar 2025-ci ilin fevralına kimi uzadılıb
Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqı tərəfindən 2025-ci ilin fevralın 24-dək uzadılıb. Bu barədə qərar Avropa İttifaqının rəsmi jurnalında dərc olunub.
Sanksiyalar Donetsk və Luqansk xalq respublikalarının, eləcə də Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsi ilə əlaqədar tətbiq edilən vəziyyətlə bağlıdır.
Yanvarın ortalarında Avropa İttifaqı Rusiyaya qarşı 13-cü sanksiyalar paketinin müzakirəsinə başlayıb.
Rusiya 2022-ci fevralında Ukraynada hərbi əməliyyatlar keçirtməklə bağlı qərar qəbul edib. Bu qərardan sonra dünyanın bir çox brend və markaları etiraz olaraq Rusiya bazarını tərk edib. Buna baxmayaraq Rusiya Ukraynada əməliyyatları dayandırmaqla bağlı geri addım atmayıb. Hazırda Amerika və Avropanın 27-si Rusiyaya qarşı sanksiyalar 13-cü paketini qəbul edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox