Azərbaycanda qəbr daşlarının standart hazırlanması gözlənilir
Azərbaycanda qəbir daşlarının standart və eyni qiymətə hazırlanması gözlənilir. Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
"Bəzən kimlərsə özünə şəxsi qəbirstanlıq hazırlayır. Bu qanunla qadağandır. Qəbistanlıq bələdiyyə mülkiyyətində ola bilər. Bələdiyyələrdə qəbistanlıqdakı qəbr daşlarının hazırlanması ilə bağlı vahid qiymət olacaq. Ər və arvad yanaşı dəfn edilə bilər. Digər ailə üzvlərinin həm yerdə dəfn olunması ləğv oluna bilər", - deputat Xəzərxəbərə müsahibəsində bildirib.
Azərbaycanda 2024-cü il bələdiyyə seçkiləri keçiriləcək. Hazırda bələdiyyələrin fəaliyyəti ilə bağlı bəzi müzakirələr aparılır. Belə ki, bələdiyyələrə səlahiyyətlərin verilməsi təklif olunur. Bununla yanaşı bələdiyyələrin sayının azaldılması da istənilir.
Hazırda Azərbaycanda bir nəfər üçün dəfn xərci 500 manat, pensiya alan şəxslər üçün isə 800 manat verilməsi nəzərdə tutulur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox