"Vesti" proqramının yaradıcısı Rusiyada "terrorçu" elan edilib
Rusiyanın NTV telekanalının keçmiş aparıcısı Yevgeni Kiselyovu ölkədə ekstremistlər və terrorçular siyahısına daxil edib. Bu barədə "Rosfinmonitorinq” agentliyi məlumat yayıb.
Bildirilib ki, jurnalist bundan əvvəl də axtarışa verilib.
67 yaşlı jurnalist Rusiyada "Vesti” proqramının yaradıcılarından biri olub.
1992-2003-cü illərdə "İtogi" verilişinin aparıcısı olub, NTV-də rəhbər vəzifələrdə çalışıb, sahibləri dəyişdikdən sonra oradan ayrılıb. Daha sonra Rusiyanın bir neçə başqa televiziyasında işləyib.
www.anews.az

2009-cu ildə jurnalist Ukraynaya köçüb və 2016-cı ilə kimi "İnter” telekanalında işləyib. 2022-ci ilə qədər "Ukrayna 24" kanalında orijinal "Yevgeni Kiselyovla real siyasət" verilişinin aparıcısı olub. İndi o, öz YouTube kanalını idarə edir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox