• $
  • £

Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq -KİV

Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq -KİV
22.02.2024 22:31
Rusiya sərhədçiləri İrəvanın Zvartnots hava limanından çıxarılacaq.

Bu barədə erməni jurnalist Robert Ananyan sosial şəbəkə hesabında məlumat yayıb.

"Məlumatı bizə yüksək vəzifəli mənbə verib. Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək. Mənbə qərarın səbəbini açıqlamayıb; lakin o, bunun siyasi qərar olduğunu qeyd edir”, - Ananyan bildirib.

Jurnalist yazır ki, Zvartnots hava limanında rus sərhədçilərinin yerləşdirilməsi heç bir hökumətlərarası razılaşma ilə tənzimlənmir:

"Bizə məlum olub ki, Rusiya sərhədçiləri hava limanında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandirləri ilə Rusiya FTX arasında imzalanmış sənəd əsasında yerləşdirilib”.
Ananyan bildirib ki, ölkənin Milli Təhlükəsizlik Xidmətindən rus sərhədçilərinin hava limanından çıxarılıb-çıxarılmaması ilə maraqlanıb, lakin onların heç bir məlumatı olmadığı deyilib.

Jurnalist xatırladır ki, Ermənistan və Rusiya 1992-ci ildə Rusiya sərhədçilərinin Ermənistan ərazisindəki statusunu və fəaliyyətini tənzimləyən saziş imzalayıb. Lakin bu müqavilədə hava limanında xidmətlə bağlı heç bir bənd yoxdur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol