Ötən ay əhaliyə ödənilən pensiya, müavinət və təqaüdlərin məbləği açıqlanıb
Yanvarda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsait 661 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% və ya 84,6 milyon manat çoxdur. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Məlumata görə, pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsaitdə artım dinamikası 2024-cü ildə də davam edir.
Cari ilin əvvəlindən bütün pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox