• $
  • £

Avstraliya daha 55 Rusiya vətəndaşına sanksiya tətbiq edib

Avstraliya daha 55 Rusiya vətəndaşına sanksiya tətbiq edib
24.02.2024 09:55
Avstraliya hökuməti Rusiyanın 55 vətəndaşı və 37 təşkilatına qarşı əlavə maliyyə sanksiyaları və ölkəyə girişə dair qadağalar tətbiq edib.
 
Bu barədə Avstraliya XİN rəhbəri Penni Vonq bildirib.

Buna səbəb ukraynalı uşaqların Rusiyanın nəzarəti altında olan bölgələrdən deportasiyasıdır.

Yeni sanksiyaların şamil olunduğu vətəndaşların və müəssisələrin tam siyahısı hələ açıqlanmayıb. Vonqun qeyd etdiyi kimi, siyahıya Rusiya müdafiə kompleksinin müəssisələri, energetika və mədənçıxarma sektorları, Belarus, İran və Şimali Koreyadakı Rusiya satınalma şəbəkələri ilə əlaqəli bir sıra media şirkətləri və təşkilatlar daxildir.

2014-cü ilin martından etibarən Avstraliya hökuməti 28 dəfə anti-Rusiya sanksiyalarının tətbiq olunduğunu elan edib. Kanberranın sanksiya siyahısına 1100-dən çox vətəndaş, eləcə də Rusiya və Belarusun 300-dən çox müəssisəsi daxildir.

 Avstraliya hakimiyyəti Rusiya ilə ticarət əlaqələrini tamamilə dayandırıb, "qara siyahı”ya düşmüş şəxslərin aktivlərini dondurub və milli təşkilatlara sanksiyalara məruz qalan şirkətlərlə iş aparmağı qadağan edib. Məhdudiyyətlər silah ixracını qadağan edir və Rusiya banklarının Avstraliyanın kapital bazarlarına çıxışını tamamilə bağlayır. Bundan əlavə, Rusiya Federasiyasında neft, qaz və mineralların kəşfiyyatı və hasilatında istifadə üçün nəzərdə tutulmuş mal və xidmətlərin ixracına tam qadağa var.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Dünya 00:09
İran nümayəndə heyəti ABŞ-la danışıqlar üçün İslamabada gedib
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Dünya 23:45
Əfqanıstanda silahlı şəxslər parkda insanlara atəş açıb, ölənlər var
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Dünya 22:36
Hindistanda Pakistan kəşfiyyatına bağlı 11 nəfər saxlanılıb
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Dünya 21:25
Vens İranla danışıqlar üçün Pakistana yollanıb
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
Dünya 20:33
Danışıqlar uğursuz olsa, İrana yenidən zərbə endirilə bilər - Tramp
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
Dünya 17:53
İran rəsmisi: ABŞ-la danışıqlar iki-üç gün davam edə bilər
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Dünya 16:53
İran nümayəndəsi: Hörmüz boğazı münaqişədən sonra açılacaq
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
Texnologiya 16:34
Bu ölkədə internet vətəndaşlar üçün pulsuz olacaq
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Dünya 15:15
FT: Tramp NATO ölkələrini cəzalandırmaqla hədələyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol