• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

ABŞ yüzlərlə Rusiya vətəndaşına və bir Azərbaycan vətəndaşına qarşı sanksiyalar tətbiq edib

ABŞ yüzlərlə Rusiya vətəndaşına və bir Azərbaycan vətəndaşına qarşı sanksiyalar tətbiq edib
24.02.2024 14:31
Cümə günü ABŞ hakimiyyəti Rusiya vətəndaşlarına və təşkilatlarına qarşı ən böyük sanksiyalar paketini qəbul edib.
 
Bu barədə Turan agentliyi yazıb.

Onların arasında Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümündə rolu olanlar da var.

Prezident Bayden öz bəyanatında sonuncu sanksiyaları Vladimir Putinin "ölüm və məhvetmə" addımlarına cavab adlandırıb.

Sonuncu paket Rusiyanın maliyyə sektoruna, müdafiə sənayesinə sanksiyalardan yayınmaqda kömək edən yüzlərlə şəxsə yönəlmiş ikinci dərəcəli sanksiyaları ehtiva edir.

Azərbaycan vətəndaşı Mehdi Qafarzadə də onlar arasındadır. ABŞ-ın məlumatına görə, Qafarzadə Qırğızıstanda yerləşən, ABŞ-ın sanksiyalarını pozaraq, Rusiyaya təyyarə komponentləri və aviasiya ehtiyat hissələri göndərən Ukon şirkətinin baş direktorudur.

ABŞ həmçinin Rusiyaya məhsul tədarükünün qarşısını alan 100-ə yaxın yeni ixrac məhdudiyyəti tətbiq edir, ixracçılara nəticələr barədə xəbərdarlıq edir.

Bu arada, bayden cümə günü öz bəyanatında Amerika konqresinin üzvlərini Ukraynaya 60 milyard dollar ölçüsündə maliyyə yardımı göstərilməsi haqqında qərarı nəhayət qəbul etməyə çağırıb. Bu vəsaitin böyük hissəsi ABŞ-da silah istehsal edilməsinə və bu silahların Ukraynaya göndərilməsinə ayrılacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol